Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

«İlham Əliyev-Azərbaycan mədəniyyətinin inkişaf modeli» adlı elmi-praktiki  konfrans keçirilmişdir

24.12.2021

24.12.21-ci il tarixdə “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 60 illik yubileyi” ilə bağlı Rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində «İlham Əliyev-Azərbaycan mədəniyyətinin inkişaf modeli» adlı elmi-praktiki  konfrans keçirildi.Konfansda  mədəniyyət sahəsində çalışan şəhid ailələrinin üzvləri,Birinci Qarabağ müharibəsinin əlilləri və veteranları həmçinin 44 günlük vətən müharibəsinin qaziləri və iştirakçılarıda iştirak etmişdir.Konfrans iştirakçıları ilk öncə Azərbaycan xalqının Ümummili lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı və ərazi suverenliyi uğrunda yüksək qəhrəmanlıq nümunəsi göstərərək həlak olmuş şəhidlərin əziz xatirəsi sükutla yad edildi.Konfransda çıxış edən natiqlər Azərbaycan Respublikasının Prezidenti Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında apardığı uzaqgörən və müdrik siyasəti  barədə ətraflı məlumat verdilər.Sonda  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş video çarx nümayiş etdirildi.

 

124.7 KB